Pressa.az » İdman » Ofsayd qaydası yenə dəyişir?

Ofsayd qaydası yenə dəyişir?

24 may 2024, Cümə, 09:38
Ofsayd qaydası yenə dəyişir?

FİFA futbolun qanunverici orqanı olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən ofsayd qaydalarına yenidən baxılmasını istəyir.

Reyd.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Assosiasiya oyundankənar vəziyyətin müəyyən edilməsi qaydalarının dəyişdirilməsini təklif edir. Hücumçu tam olaraq sonuncu müdafiəçidən irəli olarsa, ofsayt hesab olunacaq.

Hazırda başının, bədəninin və ya ayağının hər hansı bir hissəsi rəqibin qapı xəttinə sonuncu futbolçudan daha yaxındırsa, oyundankənar vəziyyət hesab edilir.

Yeni qaydalar artıq İtaliyanın U-18, Niderland və İsveçin müxtəlif yaş qrupları üzrə yarışlarında sınaqdan keçirilib. FİFA indi bu sınaqların digər ölkələrə və böyük futbola da şamil edilməsini istəyir.

Qeyd olunur ki, İFAB bu ideyanı sınaqdan keçirməyə razılaşıb.