Pressa.az » İdman » Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Azərbaycan millisinin heyətində dəyişiklik edilib

27 may 2024, Bazar ertəsi, 16:27
Azərbaycan millisinin heyətində dəyişiklik edilib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Liderxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” klubunun oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb. Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub. Qeyd edək ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz iyunun 4-də Qazaxıstan, 7-də Türkiyə, 10-da isə meydan sahibləri ilə qarşılaşacaq.