Pressa.az » İdman » Lunyov "Qarabağ"dan gedir?

Lunyov "Qarabağ"dan gedir?

29 may 2024, Çərşənbə, 12:27
Lunyov "Qarabağ"dan gedir?

"Qarabağ"da günlərlə, həftələrlə, hətta aylarla danışılacaq şok hadisə baş verib.

Ağdam klubu Andrey Lunyovla danışıqları son anda dayandırıb və onunla yolları ayırmağı vacib sayıb.

"Köhlən atlılar" ötən ilin yayında sıralarına qatdığı rusiyalı qapıçıya başqa komandalarla danışıqlar aparmaq icazəsi verib.

Mövsümlərarası fasilədə «Bayer»dən gəlmiş və 1+1 illik müqaviləyə imza atmış 32 yaşlı kiperin maliyyə şərtləri ilə bağlı irəli sürdüyü yeni şərtlər ondan imtinaya səbəblərin başında gəlir.