Pressa.az » İdman » AFFA “Qəbələ”yə 700 min manat vəsait ayıracaq

AFFA “Qəbələ”yə 700 min manat vəsait ayıracaq

03 iyun 2024, Bazar ertəsi, 20:54
AFFA “Qəbələ”yə 700 min manat vəsait ayıracaq

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, iclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. 

“Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Qəbələ” növbəti mövsüm birinci divizionda mübarizə aparacaq.