"Bavariya" klubu Müller və Noyerlə yolları ayırmağı planlaşdırır
Almaniyanın "Bavariya" klubu 2025-ci ildə Tomas Müller və Manuel Noyerlə yolları ayırmağı planlaşdırır.
Liderxeber.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Həm qapıçı, həm də yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. Rəhbərlik anlaşmanı yeniləmək niyyətində deyil.
"Bavariya" klubunun rəhbərliyi mövsümə 20 milyon avro qazanan futbolçuları göndərməklə maliyyə yükünü yüngülləşdirmək niyyətindədir. Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan T.Müller 2000-ci ildən bu komandanın formasını geyinir. M.Noyer isə 2011-ci ildən Münhen təmsilçisinin qapısını qoruyur.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO