Pressa.az » İdman » Ukraynalı Krivotsyukun Azərbaycan dilində danışmağı - VİDEO

Ukraynalı Krivotsyukun Azərbaycan dilində danışmağı - VİDEO

12 iyun 2024, Çərşənbə, 15:43
Ukraynalı Krivotsyukun Azərbaycan dilində danışmağı - VİDEO

Azərbaycan milli komandasına cəlb olunan legioner futbolçularının bir çoxunun doğma dilimizi bilməməsi, oyunlar zamanı dövlət himnimizi oxumaması tez-tez haqlı olaraq tənqid edilir.

Bu da səbəbsiz deyil: illərdir Azərbaycan millisində oyna, onun rəmzlərini təmsil et, amma bir cümlə də olsa Azərbaycan dilində danışmağa, o dili öyrənməyə cəhd göstərmə.

Lakin bunu heç də milliləşdirilmiş bütün futbolçulara aid etmək doğru olmazdı. Seçilənlər sırasında ən son Anton Krivotsyuku qeyd eləmək olar. Məlumdur ki, Anton özü əslən ukraynalıdır, Kiyevdə doğulub. 2015-ci ildən ta bugünə qədər Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında oynayıb. 2019-ci ildən isə əsas millinin üzvüdür.

Hazırda Koreyada yaşamasına və oranın “Tedjon Xana Sitizen” klubunda çıxış etməsinə baxmayaraq, 25 yaşlı müdafiəçi Azərbaycan dilində öyrənməyə davam edir. O, dünən Qazaxıstanla yoxlama matçından (3:2) sonra CBC Sport kanalına müsahibəsini də məhz Azərbaycan dilində verib.

Antona “Afərin” deyək. Onun bu hərəkəti isə Azərbaycanda dilində danışmağı özünə ar bilən, yaxud hələ də bu dili öyrənməyə çalışmayan milliləşdirilmiş futbolçulara nümunə olsun…