AVRO-2024: Şotlandiya-İsveçrə matçı heç-heçə yekunlaşıb
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.
Liderxeber.az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qarşılaşmada hesabı şotlandlar açıblar. 13-cü dəqiqədə Fabinan Şer avtoqolun müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.
Qeyd edək ki, şotlandiyalıların üzvü Manuel Akanci qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 28 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub və qarşılaşmanı yüksək səviyyədə keçirib.
Xatırladaq ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.
Oxşar Xəbərlər:
06 mart 2024, Çərşənbə
Qurban Qurbanov: "Böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq"
13 iyun 2024, Cümə axşamı
Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb