Pressa.az » İdman » Sabunçuda XTQ-nin Kikboksinq idman növü üzrə yeni məşq zalının açılışı olub

Sabunçuda XTQ-nin Kikboksinq idman növü üzrə yeni məşq zalının açılışı olub

05 iyul 2024, Cümə, 01:47
Sabunçuda XTQ-nin Kikboksinq idman növü üzrə yeni məşq zalının açılışı olub

Xüsusi Təyinatli Qüvvələrin idman mərkəzi, Kikboksinq bölməsi Sabunçu rayonunun Sabunçu qəsəbəsində yeni zalında 28.06.2024-cü il tarixindən etibarən məşqlərə start verilib.

Liderxeber.az xəbər verir ki, zalın açılışında XTQ-nin Şəhidi Baş leytenant Adil İbrahimlinin atası Asəm İbrahimli və Şəhid Əli Bayramovun atası Nadir Bayramov iştirak edib. XTQ idman mərkəzinin Kikboksinq Klubunun Prezidenti Müşfiq Heydərov məşqçisi Muxtar Allahyarov təyin edilib. Azərbaycan Kikboksinq Federasiyasının əsas məqsədi gəncləri sağlam həyat tərzinə yönləndirmək, gənclər arasında vətənpərvərlik ruhunu aşılamaq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib vətənin keşiyində duracaq şəxslər yetişdirmək həmçinin narkomaniya və uşaq cinayətkarlığına qarşı mübarizəyə yönəldilib. 2000-ci ildə Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Millət Vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev seçilib, 2020-ci ildə isə Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti təyin olunub.

Vətənimizin bütövlüyü uğrunda canından keçmiş Şəhid övladlarına və az təminatlılara məşqlər təmannasızdır.