Pressa.az » İdman » AVRO-2024: Yarımfinal cütləri müəyyənləşib

AVRO-2024: Yarımfinal cütləri müəyyənləşib

07 iyul 2024, Bazar günü, 08:49
AVRO-2024: Yarımfinal cütləri müəyyənləşib

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında keçirilən son görüşlərdən sonra yarımfinal cütləri müəyyənləşib.

Liderxeber.az xəbər verir ki, 1/4 finalda Almaniya yığmasını məğlub edən İspaniya, Portuqaliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Fransa ilə üz-üzə gələcək.

Digər yarımfinal qarşılşamasında isə Niderland İngiltərə ilə münasibətlərə aydınlıq gətirəcək. İngiltərə 1/4 finalda İsveçrəni penaltilər seriyasında məğlub edib (5:3). Niderland isə Türkiyə yığmasından üstün olub - 2:1.

Avropa çempionatı

Yarımfinal cütləri

İspaniya - Fransa

Niderland - İngiltərə

Qeyd edək ki, yarımfinal görüşləri 9-10 iyulda keçiriləcək.