Pressa.az » İdman » Argentina millisi Amerika kubokunda finala yüksəldi

Argentina millisi Amerika kubokunda finala yüksəldi

10 iyul 2024, Çərşənbə, 09:22
Argentina millisi Amerika kubokunda finala yüksəldi

Amerika kubokunda ilk finalçı müəyyənləşib.

Liderxeber.az xəbər verir ki, yarımfinalda Kanada ilə qarşılaşan Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Argentinanın qollarını Xulian Alvares (22) və Lionel Messi (51) vurub.

Qeyd edək ki, yarımfinalın digər matçında Uruqvay və Kolumbiya komandaları üz-üzə gələcək. Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.