“Zirə” Avroliqaya səfər qələbəsi ilə başladı
Bu gün "Zirə" Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Liderxeber.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda Moldova "Şerif"i ilə üz-üzə gəlib. Rəqibin adını daşıyan stadionda keçirilən oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.
Bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.
"Zirə" "Şerif"i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək.
11 iyul
Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
21:00. "Şerif" - "Zirə" - 0:1
Qol: Davit Volkov, 88
Baş hakim: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə)
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM