Litva- Azərbaycan matçının hakimləri açıqlandı
UEFA Millətlər Liqasının ilk turunda keçiriləcək Litva - Azərbaycan matçının hakimləri müəyyənləşib.
Liderxeber.az UEFA-ya istinadən xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcəklər.
Oyunun baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.
VAR hakimi Marios Kristoforou, VAR köməkçi hakim isə Dimitris Solomou olacaq.
Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək.
Oxşar Xəbərlər:
08 apr 2024, 13:58
19 sen 2023, 13:32
16 fev 2026, 14:13
26 yan 2026, 13:59
