Pressa.az » İdman » AFFA nümayəndəsi UEFA-dan təyinat aldı

AFFA nümayəndəsi UEFA-dan təyinat aldı

22 iyul 2024, Bazar ertəsi, 10:47
AFFA nümayəndəsi UEFA-dan təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Liderxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Maribor” (Sloveniya) – “Universitatya Krayova” (Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq. Maribor şəhərində yerləşən “Lyudski” stadionunda keçiriləcək görüş iyulun 25-də baş tutacaq.

“Maribor” – “Universitatya Krayova” matçını danimarkalı baş hakim Mads Kristoffersen idarə edəcək.