Pressa.az » İdman » Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

24 iyul 2024, Çərşənbə, 08:58
Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi 21-ci əsrin ən yaxşı futbolçusu seçilib.

Liderxeber.az xəbər verir ki, bu barədə “ESPN” məlumat yayıb.

İlk 3 sıralamada Kriştianu Ronaldo (“Əl-Nəsr”) və “Arsenal”ın keçmiş futbolçusu Tyerri Anri yer alıb.

İlk onluqda həmçinin Zinəddin Zidan, Luka Modriç, Kilian Mbappe, Andres İnyesta, Xavi, Ronaldo və Ronaldinyo yer alıb.

Reytinqdə ümumilikdə 25 oyunçu yer alıb.