Pressa.az » İdman » Olimpiadada qızıl medal qazanmış cüdoçular vətənə qayıdıblar

Olimpiadada qızıl medal qazanmış cüdoçular vətənə qayıdıblar

04 avqust 2024, Bazar günü, 08:54
Olimpiadada qızıl medal qazanmış cüdoçular vətənə qayıdıblar

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı idmançılar Bakıya qayıdıblar.

Liderxeber.az-ın məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.