Pressa.az » İdman » “Qalatasaray” 14 oyun sonra Mahirin komandasına uduzdu

“Qalatasaray” 14 oyun sonra Mahirin komandasına uduzdu

18 mart 2023, Şənbə, 09:00
“Qalatasaray” 14 oyun sonra Mahirin komandasına uduzdu

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

LiderXəbər xəbər verir ki, komanda 26-cı turda "Qalatasaray"la qarşılaşıb. Görüş "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray" bu matçadək 14 oyun idi ki, məğlub olmurdu.

Mahir də bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 79-cu dəqiqədə Oğulcan Ulqunla əvəzlənib. Mahir 15-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

Qeyd edək ki, "Qalatasaray" 60 xalla turnir cədvəlinin şəriksiz lideridir. "Konyaspor" isə 34 xalla 8-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib. 

"Konyaspor" - "Qalatasaray" - 2:1

Qollar: Dikmen, 62, Ulqun, 90+3 - Raşika, 31