Pressa.az » İdman » Mahir Emreli Almaniya klubu ilə müqavilə bağlayıb

Mahir Emreli Almaniya klubu ilə müqavilə bağlayıb

05 avqust 2024, Bazar ertəsi, 17:06
Mahir Emreli Almaniya klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la 1+1 illik sözləşmə imzalayıb. II Bundesliqa təmsilçisi keçidi sabah açıqlayacaq.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.