Paris-2024: İdmançılarımızın bugünkü yarış cədvəli və saatları
Azərbaycan boksçusu Alfonso Dominqes bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal görüşünə çıxacaq. Bundan əlavə, iki güləşçimiz və bədii gimanstlarımız da mübarizəyə başlayacaqlar.
Liderxeber.az idmançılarımızın bugünkü çıxış cədvəlini və saatlarını təqdim edir:
Bədii gimnastika:
Təsnifat mərhələsi - Bədii gimnastika üzrə qrup hərəkətləri - saat 12.00
Sərbəst güləş:
74 kiloqram, 1/8 final - Turan Bayramov - Çermen Vəliyev (Albaniya) - saat 13.00;
125 kiloqram, 1/8 final - Giorgi Meşvildişvili - Diaeldin Əbdülmüttəlib (Misir) - saat 13.00.
Boks:
92 kiloqram, final - Alfonso Dominqes - Lazizbek Mullojonov (Özbəkistan) - saat 00.34.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.