Paris-2024: İdmançılarımızın bugünkü çıxış cədvəli və saatları - FOTO
Bu gün Azərbaycanın son iki idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Eyni zamanda, bədii gimanstika komandamız final mərhələsində, bir güləşçimiz isə bürünc medal uğrunda yarışacaq.
Liderxeber.az idmançılarımızın bugünkü çıxış cədvəli və saatlarını təqdim edir:
Sərbəst güləş:
1/8 final, 65 kiloqram: Hacı Əliyev - Ostin Qomes (Meksika) - saat 13.00;
1/8 final, 97 kiloqram: Maqomedxan Maqomedov - Luis Miqel Peres (Dominikan Respublikası) - saat 13.00.
Bürünc medal uğrunda görüş, 125 kiloqram - Giorgi Meşvildişvili - saat 21.50.
Bədii gimnastika:
Final mərhələsi, qrup hərəkətləri üzrə komanda - saat 16.00
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.