Pressa.az » İdman » Paralimpiya oyunlarında ilk dəfə transgender idmançı yarışacaq

Paralimpiya oyunlarında ilk dəfə transgender idmançı yarışacaq

14 avqust 2024, Çərşənbə, 08:53
Paralimpiya oyunlarında ilk dəfə transgender idmançı yarışacaq

İtaliyalı idmançı Valentina Petrillo Paralimpiya Oyunları tarixində ilk transgender şəxs olacaq.

Liderxeber.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb. 50 yaşlı idmançı Parisdə qadınların 200 və 400 metr məsafəyə qaçışlarında İtaliyanı təmsil edəcək. O, görmə qabiliyyəti zəif olan idmançılar kateqoriyasında çıxış edəcək.

Qeyd edək ki, Parisdə Paralimpiad avqustun 28-də başlayacaq və sentyabrın 8-dək davam edəcək.