Avropa Kuboku: Azərbaycanın kişilərdən ibarət millisi məğlub olub
Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Liderxeber.az-ın məlumatına görə, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gəlib.
Komandamız "narıncılar"a 9:21 hesabı ilə məğlub olub.
Millinin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 iyul 2024, Çərşənbə axşamı
Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizə aparacaq