AFFA rəsmisi Könül Mehdiyeva UEFA-dan təyinat alıb
AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Çempionlar Liqasının I təsnifat mərhələsinin iki matçında UEFA nümayəndəsi olacaq.
Liderxeber.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin iki matçında UEFA nümayəndəsi olacaq. Hər iki görüş eyni gündə - sentyabrın 4-də oynanılacaq. K.Mehdiyeva ilk olaraq, "Qazyqurt" (Qazaxıstan) - "Sofiya" (Bolqarıstan) oyununda iş başında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
AFFA İcraiyyə Komitəsinin üzvü saat 21:00-da start götürəcək "Yunion" (Lüksemburq) - "Qalatasaray" (Türkiyə) görüşündə də eyni vəzifəni yerinə yetirəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
14 mart 2024, Cümə axşamı
Jalə Əhmədova: “Azərbaycan-Qazaxıstan münasibətləri yeni səviyyəyə yüksəlib