Pressa.az » İdman » Buffon UEFA prezidenti mükafatı aldı

Buffon UEFA prezidenti mükafatı aldı

27 avqust 2024, Çərşənbə axşamı, 12:56
Buffon UEFA prezidenti mükafatı aldı

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon UEFA pezidentinin mükafatına layiq görülüb.

Liderxeber.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

46 yaşlı keçmiş qolkiper üstün nailiyyətləri, bacarığı və nümunəvi şəxsi keyfiyyətlərinə görə mükafatlandırılıb.

UEFA-nın prezidenti Aleksander Çeferin Buffonun mükafatlandırılması haqqında danışıb: “Buffona dünyanın TOP klublarından təkliflər gəlirdi. Amma o buna baxmayaraq, B seriyasında oynamağı seçdi. Bu, çox şeydən xəbər verir”.

Qeyd edək ki, sözügedən mükafat 1998-ci ildən etibarən verilir.

Xatırladaq ki, C.Buffon bu ilin iyulun 25-də İtaliya millisinin idman direktoru təyin edilib.