Azərbaycan cüdoçusu ikiqat dünya çempionu oldu
Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıblar.
Liderxeber.az xəbər verir ki, - 50 kq. çəkidə Məhəmmədəli Hüsiyev əzmkarlıqla mübarizə apararaq bürünc medal əldə edib.
- 55 kq. çəkidə mübarizə aparan Nihad Məmişov bütün rəqiblərini məğlub edərək ikinci dəfə dünya çempionu titulunu qazanıb.
O, gün ərzində göstərdiyi üstün performansla, xüsusilə finalda Monqolustan təmsilçisi Batbilegi ipponla məğlub edərək bu titula layiq olduğunu bir daha sübut edib.
Məmişovun bu uğuru Azərbaycanı medal cədvəlində ikinci yerə yüksəldib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 fevral 2023, Bazar ertəsi
Azərbaycan boksçuları Rumıniyada 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM