Pressa.az » İdman » “Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

16 yanvar 2023, Bazar ertəsi, 10:58
“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i yeni transfer həyata keçirməyə hazırlaşır.

LiderXəbər-in məlumatına görə, bu ölkənin U-21 yığmasının futbolçusu Valentin Tiku “Gent”ə keçmək üzrədir.

Ölkəsində “Petrolul” klubunun formasını geyinən sol cinah müdafiəçisi ilə danışıqların müsbət nəticələnməsi gözlənilir. Tikunun transfer qiyməti 800 000 avroya bərabər göstərilir.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.