Pressa.az » İdman » Azərbaycan Güləş Federasiyası Vaxit Qalayevin 4 illik cəzalandırılmasına münasibət bildirib

Azərbaycan Güləş Federasiyası Vaxit Qalayevin 4 illik cəzalandırılmasına münasibət bildirib

21 oktyabr 2024, Bazar ertəsi, 17:30
Azərbaycan Güləş Federasiyası Vaxit Qalayevin 4 illik cəzalandırılmasına münasibət bildirib

Azərbaycan Güləş Federasiyası sərbəst güləşçi Vaxit Qalayevin antidopinq qaydalarını pozması səbəbindən 48 aylıq diskvalifikasiya olunmasına münasibət bildirib.

Federasiyanın mətbuat katibi Sərxan Musayev Liderxeber.az-a açıqlamasında idmançının artıq millidən kənarlaşdırıldığını söyləyib.

Qurum rəsmisi V.Qalayevin apelliyasiya şikayətinin təmin olunmadığını vurğulayıb:

"Məlum dopinq hadisəsindən sonra Vaxit artıq yığmanın üzvü deyil. Ötən il Azərbaycan çempionatından sonra ondan götürülən test nümunələri müsbət çıxıb. İdmançı apellyasiya şikayəti versə də, təmin olunmayıb. Nəticədə 4 illik diskvalifikasiyaya məruz qalıb".

Qeyd edək ki, cəzaya səbəb kimi 125 kq çəki dərəcəsində çıxış edən pəhləvanın nümunəsində qadağan olunmuş S4.Hormon və Metabolik Modulyatorlar/anastrozole maddələrinin və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib. O, sonuncu dəfə 2023-cü ilin dekabrında Azərbaycan çempionatında çıxış edib.