AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
AFFA İcraiyyə Komitəsi dekabr ayında yığılıb qalmış bəzi məsələləri müzakirə etmək üçün toplaşacaq.
Liderxeber.az Azerisport.com-a istinadən xəbər verir ki, bu iclasda Azərbaycanın müxtəlif yaşlı futbol komandalarının baş məşqçilərinin məsələləri də həll olunacaq.
Portal həmçinin, Fernandu Santuşun bu vəzifədə fəaliyyətinin nəticəsiz qaldığı üçün onun da Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən azad edilməsi məsələsinə baxılacağı məlumatını əldə edib.
AFFA rəhbərliyi bu variantı nəzərdən keçirir və əsas məsələ portuqaliyalılara ödəniləcək təzminatdır.
Qeyd edək ki, 70 yaşlı Santuşla müqavilə daha bir il uzadılmaq şərti ilə 3 illikdir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO