AFFA Mahir Emrelinin vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq
AFFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Tallin şəhərindəki "A.Le Koq Arena”ya vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq.
Liderxeber.az-ın məlumatına görə, UEFA oktyabrın 11-də səfərdə Estoniya yığması ilə Millətlər Liqasının matçındakı hərəkətinə görə 27 yaşlı hücumçuya töhmət verib.
Forvard "ləyaqətli davranış qaydalarını pozmaqda" ittiham edilib.
Mahir Emreli qarşılaşma başa çatandan sonra paltardəyişmə otağına yollanan zaman tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib.
Qeyd edək ki, görüş Azərbaycan millisinin məğlubiyyəti ilə başa çatmışdı - 1:3.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
