Pressa.az » İdman » Kadi yenidən "Qarabağ"a qayıtmaq istəyir

Kadi yenidən "Qarabağ"a qayıtmaq istəyir

04 fevral 2025, Çərşənbə axşamı, 17:07
Kadi yenidən "Qarabağ"a qayıtmaq istəyir

“Qarabağ” qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır.

Liderxeber.az matc.az-a istinadən xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır.

Belə ki, sabiq futbolçu Kadi Borxes “Qarabağ”a qayıtmaq üzrədi. Ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçən braziliyalı vingerin “Qarabağ”la danışıqları müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.

Qeyd edək ki, Kadi Borqes 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.