“Qalatasaray” – “AZ Alkmaar” matçı təxirə salına bilər

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilməli olan “Qalatasaray” – “AZ Alkmaar” matçı təxirə salına bilər.
Liderxeber.az xəbər verir ki, buna səbəb İstanbuldakı sərt və qarlı hava şəraitidir.
Hazırda “Rams Park” stadionunda təmizlənmə işləri getsə də, vəziyyət ürəkaçan deyil.
Meydanı hazır vəziyyətə gətirmək üçün işlər matç başlayanadək davam edəcək. İsitmə sistemi və işıqlar daim aktiv vəziyyətdə olacaq. Lakin Altay qar fırtınası oyunun gerçəkləşməsinə mane ola bilər.
Qeyd edək ki, "Qalatasaray" - "AZ Alkmaar" oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də başlamalıdır. Komandalar arasında ilk matçda Niderland klubu 4:1 hesablı qələbə qazanıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

17 iyul 2024, Çərşənbə
Azərbaycan millisinin baş məşqçisi: Pley-offa vəsiqə qazanmaqla daha bir tarix yazdıq