Meyvə və tərəvəzlərin nə vaxtdan ucuzlaşacağı məlum oldu

Son günlər bazarlarda meyvə-tərəvəzin qiyməti heç də hamını qane etmir. Xüsusilə gündəlik süfrələrdən əskik olmayan məhsullar arasında qiymət artımı daha çox hiss olunur.
Liderxeber.az-ın məlumatına görə, az qala hər evdə hər gün istifadə olunan kartofun bir kiloqramı hazırda 1.50–2 manat arasında satılır.
Qiymət artımına səbəb təkcə hava şəraiti deyil. Yağışlı hava məhsul yığımını çətinləşdirib, bu da fermerlərin maya dəyərinə təsir edib. Eyni zamanda yanacaq və nəqliyyat xərclərinin yüksəlməsi bazarlardakı ümumi qiymət səviyyəsini artırır.
Bəs bazarlarda meyvə və tərəvələrin qiyməti nə vaxtdan ucuzlaşacaq? Qiymətlər ötən illə müqayisədə daha ucuz ola bilərmi?
İqtisadçı-ekspert Xalid Kərimli Liderxeber.az-a açıqlamasında bildirdi ki, meyvə və tərəvəzlərin ucuzlaşması konkret mövsüm dövründə olacaq:
"Hesab edirəm ki, mayın sonlarında, iyun və iyul ayrlarında həmin ucuzlaşmanı müşahidə edə bilərik. Buna səbəb odur ki, həmin dövrdə ucuz məhsullar bazara çıxarılacaq. İndi çıxarılan meyvə, tərəvəzlərin çoxu parnik rejimində yetişdirilənlərdir.
Digər tərəfdən kütləvi şəkildə məhsulların bazara çıxarılması da qiymətlərə təsir edəcək. Yəni açıq tarladan çox şəkildə bazara meyvə, tərəvəz çıxanda qiyməti ucuzlaşacaq. Bu, keçən ildən daha ucuz olacaqmı? Əgər keçən ilki həcmlərlə çıxarılsa, daha ucuz olmayacaq, nisbətən baha olacaq. Amma ümumiyyətlə indiki dövrdən daha ucuz olacaq.
Niyə keçən ildən daha baha olacaq? Çünki bu dövrdə işçilik qiymətləri də artıb. İnflyasiya müşahidə olunub. Dizel yanacağının qiyməti artıb və işıq, qaz və suyun qiymətlərində dəyişiklik olub. Bunlar hamısı göstərir ki, xərclər ötən illə müqayisədə çoxalıb.
Amma məhsuldarlıqdan da çox şey asılıdır və məhsuldarlıq vacib məsələdir. Keçən illə eyni həcmdə çıxarılsa, daha baha olacaq. Amma indiki dövrdən daha ucuz olacaq".
Oxşar Xəbərlər:

