Pressa.az » İqtisadiyyat » Prime Cotton beynəlxalq sertifikatlarla mövqeyini gücləndirib

Prime Cotton beynəlxalq sertifikatlarla mövqeyini gücləndirib

21 avqust 2025, Cümə axşamı, 16:27
Prime Cotton beynəlxalq sertifikatlarla mövqeyini gücləndirib

Azərbaycanın pambıq və tekstil sənayesinin lideri GP Cotton Holdinqs-in şirkəti Prime Cotton beynəlxalq aləmdə daha bir uğura imza atdı.
 
Şirkət beynəlxalq Sedex (Supplier Ethical Data Exchange) platformasının “Supplier Plus” sertifikatı və Beynəlxalq Pambıq Assosiasiyasının (ICA) üzvlük sertifikatını əldə etməklə həm etibarlılığını, həm də məsuliyyətli biznes prinsiplərinə sadiqliyini bir daha təsdiqlədi, fəaliyyətində etik və davamlılıq prinsiplərinə uyğunluğunu daha da gücləndirdi. Bu, Prime Cotton üçün sadəcə bir sənəd deyil, illərlə qurulan etimadın dünyada tanınması deməkdir.
 
Sedex-in “Supplier Plus” üzvlüyü şirkətin şəffaflıq və dayanıqlılıq prinsiplərinə verdiyi önəmin göstəricisidir. Bu Sertifikat həm tərəfdaşlara əlavə güvən yaradır, həm də müştərilərə təchizat zəncirində daha etibarlı seçim imkanı təqdim edir.
 
ICA üzvlüyü isə Prime Cotton-a beynəlxalq pambıq bazarında daha geniş iştirak imkanı verir. Bu, eyni zamanda şirkətin ədalətli və təhlükəsiz ticarət prinsiplərinə sadiqliyini ortaya qoyur.
 
Bu gün Prime Cotton ilə birlikdə 3,000-dən çox əməkdaş və 7,000 -dən çox fermer dayanır. Onların birgə zəhməti nəticəsində əldə olunan bu uğur təkcə şirkətin deyil, bütövlükdə Azərbaycanın pambıqçılıq sektorunun inkişafına verilən töhfədir.
 
Ölkənin ən böyük pambıq şirkəti kimi Prime Cotton bu il 30 illik yubileyini qarşılayarkən, yerli məhsula beynəlxalq dəyər qatmağın qürurunu yaşayır.
 
Şirkət bununla kifayətlənmək niyyətində deyil. Prime Cotton artıq Better Cotton və GOTS (Global Organic Textile Standard) kimi dünyaca tanınmış sertifikatları da almaq üçün fəal iş aparır. Məqsəd – cəmiyyətimiz və gələcək nəsillər üçün daha şəffaf, daha dayanıqlı və daha güclü istehsal modeli qurmaqdır.
 
Redaktorlar üçün qeydlər:
Prime Cotton MMC — Azərbaycanın pambıqçılıq sektorunda lider mövqeyə sahib, pambığın becərilməsindən iplik istehsalına qədər bütün mərhələləri əhatə edən inteqrasiya olunmuş sənaye şirkətidir. Bu il şirkət 30 illik yubileyini qeyd edir və müasir Azərbaycan pambıq sənayesində ən uzun tarixə malik şirkət olaraq tanınır. Prime Cotton pambıq sahələrinin idarə olunması, qabaqcıl texnologiyaların tətbiqi və yerli və beynəlxalq keyfiyyət standartlarına uyğun məhsulların istehsalı ilə məşhurdur. Prime Cotton Azərbaijanın 15 regionunda fəaliyyət göstərir, şirkətdə 3,000 dən çox insan çalışır və 7,000-dən çox fermer Prime Cotton ilə əmakdaşlıq edir.
GP Cotton Holdings — Prime Cotton-un ana şirkəti olaraq regionun ən böyük pambıqçılıq və kənd təsərrüfatı platformalarından biridir. Holdinq pambıq yetişdirilməsindən iplik və tekstil istehsalına qədər bütün mərhələləri birləşdirir. Tərkibinə həmçinin GiLTEX MMC daxildir — ev tekstili məhsullarının istehsalı və satışını həyata keçirən, daxili bazarda geniş tanınan şirkətdir. Bu struktur Prime Cotton-a sahədən son istehlakçıya qədər bütün dəyər zəncirinə tam nəzarət imkanı verir və onu Azərbaycanda unikal sənaye modelinə çevirir.