Pressa.az » İqtisadiyyat » Azərbaycan daha bir beynəlxalq təşkilatda təmsil olunacaq

Azərbaycan daha bir beynəlxalq təşkilatda təmsil olunacaq

19 sentyabr 2025, Cümə, 12:33
Azərbaycan daha bir beynəlxalq təşkilatda təmsil olunacaq

Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Liderxeber.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan eyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.

Bu mühüm hadisə Azərbaycanın beynəlxalq #poçt sistemində artan nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası əməkdaşlıqların nəticəsidir.