Türkiyə bəzi ABŞ məhsullarına əlavə idxal rüsumunu ləğv edib
Türkiyə ABŞ-dən ölkəyə gətirilən bəzi məhsullara tətbiq edilən əlavə idxal rüsumunu ləğv edib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumat “Resmi Gazete”də yer alıb.
Qərar ABŞ-dən idxal olunan 33 adda məhsula şamil edilib. Bunlar arasında spirtli içkilər, minik avtomobilləri, tütün və kosmetika məhsulları da var.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Ticarət Nazirliyi sözügedən qərarın uğurlu və səmərəli danışıqlar yekununda qəbul edildiyini bildirib.
Qeyd edək ki, Türkiyə ABŞ məhsulları üçün əlavə idxal rüsumlarını 2018-ci ildə Donald Trampın ilk prezidentliyi dövründə elan etmişdi. Bu, ABŞ-nin Türkiyədən idxal olunan bir sıra mallara rüsumları artırmasına cavab tədbiri olmuşdu.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
07 yanvar 2025, Çərşənbə axşamı
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir
