Pressa.az » İqtisadiyyat » Xəzərdə duzsuzlaşdırma zavodu üzrə saziş imzalandı

Xəzərdə duzsuzlaşdırma zavodu üzrə saziş imzalandı

22 sentyabr 2025, Bazar ertəsi, 16:32
Xəzərdə duzsuzlaşdırma zavodu üzrə saziş imzalandı

Xəzər dənizində duzsuzlaşdırma zavodunun tikintisi üzrə Dövlət-Özəl Tərəfdaşlıq sazişi imzalanıb.

Liderxeber.az xəbər verir ki, Xəzər dənizi suyu duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və saxlanmasına dair Dövlət-Özəl Tərəfdaşlıq Sazişi imzalanıb.

Sazişi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və ACWA Power şirkətinin baş icraçı direktoru Marco Arcelli imzalayıblar.