ABADA Beynəlxalq Forumda təmsil olunub

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) Qazaxıstanın Almatı şəhərində Nəqliyyat Həftəsi çərçivəsində keçirilən VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes Forumunun işinə qatılıb.
Liderxeber.az xəbər veriri ki, tədbirin panel sessiyalarında iştirak edən ABADA rəhbəri Həbib Həsənov “Beynəlxalq Avtomobil Nəqliyyatı: Avtomobil Nəqliyyatı Xidmətləri üçün Yeni İmkanlar” mövzusunda fikirlərini bölüşüb. ABADA rəhbəri Azərbaycanın daşıyıcılarının perspektivləri, Orta Dəhlizin imkanları, Zəngəzur Dəhliznin açılmasının əhəmiyyəti, beynəlxalq əməkdaşlıq, tranzit strategiyaları haqqında Forum iştirakçılarına ətraflı məlumat verib.

Bildirib ki, normativ-hüquqi islahatlar və gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma, bir pəncərə sistemləri avtomobil daşımalarının sürətləndirilməsinə xidmət etmiş olacaq. H. Həsənov həmçinin beynəlxalq əməkdaşlıqda assosiasiyaların rolu, bu istiqamətdə ABADA-nın perspektivləri mövzularına da toxunub.
Qeyd edək ki, 30 Sentyabr ‑ 2 oktyabr tarixləri arasında baş tutan mötəbər Forumun məqsədlərindən biri Trans-Avrasiya nəqliyyat marşrutlarının gələcəyini müzakirə etmək, Qazaxıstanın beynəlxalq tranzit rolunun artırılması və nəqliyyat‑logistika sektorunda beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaqdır. Forumda Avstriya, Azərbaycan, Belarus, Almaniya, Gürcüstan, Hindistan, Çin, Latviya, Litva, BƏƏ, Pakistan, Rusiya, Rumıniya, ABŞ, Türkmənistan, Türkiyə, Özbəkistan, İsveçrə, Estoniya kimi ölkələrin dövlət nümayəndələri iştirak edib.
Ölkəmizi tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov təmsil edib.

Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu

13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”