Pressa.az » İqtisadiyyat » “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

24 iyun 2023, Şənbə, 12:31
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Liderxəbər-in xəbərinə görə, qanun layihəsi 9 fəsil, 68 maddən ibarətdir.

Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minəcək.

Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.