Eren Özkan: "Banklarda müştəri xidmətləri süni zəka ilə icra olunacaq"
"Qlobal banklar süni zəkaya ildə 600 milyard dollar sərmayə qoyurlar".
Liderxeber.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda "Mastercard"ın Türkiyə, Azərbaycan, Ukrayna və Moldova üzrə Məsləhət və Konsaltinq Xidmətləri klaster rəhbəri Eren Özkan bildirib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər bank sektorunda müştəri xidmətlərinin böyük hissəsinin süni zəka vasitəsilə icra olunacağı gözlənilir. Eren Özkan qeyd edib ki, çat-botlar və süni zəka əsaslı xidmətlərin tətbiqi sürətlə artır və növbəti beş ildə bu sahə bankların əsas iş proseslərinə tam inteqrasiya olunacaq.
"Mastercard" rəsmisi bildirib ki, bank olmayan, amma maliyyə xidmətləri təklif edən şirkətlərin sayı artıq 50 minə yaxınlaşır və 2030-cu ildə bankçılıq xidmətlərinin, təxminən, 30 faizinin daxili maliyyə ekosistemi üzərindən göstəriləcəyi proqnozlaşdırılır.
O, həmçinin qeyd edib ki, rəqəmsal aktivlərin payı hazırda dünya ÜDM-nin üç faizini təşkil edir. Gözləntilərə görə, bu göstərici 2030-cu ildə 10 trilyon dollara qədər yüksələcək.
Eren Özkan əlavə edib ki, bank sektorunda ESG meyarlarının əhəmiyyəti də artır. Onun sözlərinə görə, ABŞ-də aparılan araşdırmalarda müştərilərin 42 faizi bank seçimini məhz ESG göstəricilərinə əsasən edir.
Oxşar Xəbərlər:
