Pressa.az » İqtisadiyyat » Bu ilin 6 ayı ərzində reklamlarla bağlı sahibkarlara 5 294 xəbərdarlıq edilib

Bu ilin 6 ayı ərzində reklamlarla bağlı sahibkarlara 5 294 xəbərdarlıq edilib

14 iyul 2023, Cümə, 15:55
Bu ilin 6 ayı ərzində reklamlarla bağlı sahibkarlara 5 294 xəbərdarlıq edilib

Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən açıq məkan reklamlarındakı qanunauyğunsuzluqları aradan qaldırmaları üçün sahibkarlara 5 294 xəbərdarlıq, icrası məcburi göstəriş və bildiriş təqdim olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq ADRA-dan bildirilib.

"Yerlərdə sahibkarlarla görüşlər keçirilərək onların sualları cavablandırılıb. Maarifləndirmə işlərinin nəticəsi olaraq 6 ay ərzində demontaj olunan reklamların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb. Ümumilikdə yarım ildə açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya 25 831 müraciət daxil olub, 10 3387 reklamın yayımına icazə verilib", - məlumatda qeyd edilib.