Psixotrop və narkoz dərman vasitələrinin alınmasına 2,5 milyon manat xərclənəcək
"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi psixotrop və narkoz dərman vasitələrinin satın alınması ilə bağlı müqavilə imzalayıb.
Liderxeber.az-ın məlumatına görə, "AZƏRTİBBTƏCHİZAT" MMC ilin sonuna qədər mərkəzi bu vasitələrlə təmin edəcək.
İmzalanan müqavilənin dəyəri 2 milyon 495 min 956 manatdır.
