Pressa.az » İqtisadiyyat » 490 ton buğda Azərbaycandan keçib Ermənistana çatdırılacaq

490 ton buğda Azərbaycandan keçib Ermənistana çatdırılacaq

15 iyun 2026, Bazar ertəsi, 11:48
490 ton buğda Azərbaycandan keçib Ermənistana çatdırılacaq

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

Liderxeber.az xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.