Pressa.az » İqtisadiyyat » Mərkəzi Bank tərəfindən tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır

Mərkəzi Bank tərəfindən tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır

18 sentyabr 2023, Bazar ertəsi, 15:00
Mərkəzi Bank tərəfindən tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Mərkəzi Bankdan LiderXəbər-ə verilən məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilmişdir.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.

Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.