Pressa.az » İqtisadiyyat » Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

20 sentyabr 2023, Çərşənbə, 11:21
Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.

Bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.

Qeyd edilib ki, pul siyasəti ilə bağlı növbəti qərar 2023-cü il noyabr ayının 1-də açıqlanacaq