Pressa.az » İqtisadiyyat » Azərbaycan gələn il 2 milyard manata yaxın borc alacaq

Azərbaycan gələn il 2 milyard manata yaxın borc alacaq

21 sentyabr 2023, Cümə axşamı, 14:44
Azərbaycan gələn il 2 milyard manata yaxın borc alacaq

Azərbaycan 2024-cü ildə dövlət büdcəsinin 2 milyard 590 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

LiderXəbər bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borclanma 1 milyard 854,4 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 71,6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2024-cü ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 448 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 105 milyon manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı hesabına 182,6 milyon manat (həmin Fondun kəsirinin bağlanması daxilində) olmaqla maliyyələşdirilməsi planlaşdırılır.