Pressa.az » İqtisadiyyat » “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

“Gömrük tarifi haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

15 noyabr 2023, Çərşənbə, 15:32
“Gömrük tarifi haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

LiderXəbər-in xəbərinə görə, layihəyə əsasən, Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqların, humanitar yardım kimi gətirilən malların, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların gömrük rüsumundan azad edilməsi təklif olunur.

Eyni zamanda ölkəyə idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi müəyyənləşir

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.