Pressa.az » İqtisadiyyat » “Laçın” tankeri ilə daşınan neftin həcmi açıqlanıb

“Laçın” tankeri ilə daşınan neftin həcmi açıqlanıb

13 dekabr 2023, Çərşənbə, 13:20
“Laçın” tankeri ilə daşınan neftin həcmi açıqlanıb

İstismarda olduğu dörd il ərzində “Laçın” tankeri vasitəsilə 329 725,136 ton neft və neft məhsulları daşınıb.

Bu barədə LiderXəbər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, ilk milli tankerimiz “Laçın” 13 dekabr 2019-cu ildə istifadəyə verilib.

Qeyd edək ki, tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Gəminin uzunluğu 141, eni 16,9 metrdir.