Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 27 365,5 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən LiderXəbər-ə verilən məlumata görə, yüklərin 12 447 min tonu və ya 45,5%-i dəmir yolu nəqliyyatı, 7 732,3 min tonu və ya 28,2%-i avtomobil nəqliyyatı, 7 186,2 min tonu və ya 26,3%-i dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-i və ya 15 597,2 min tonunu tranzit yüklər təşkil edib.