Dünya bazarlarında neftin qiyməti cüzi azalıb
Dekabrın 16-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,06 dollar və ya 0,08% azalaraq 1 barelə görə 76.55 dollar təşkil edib.
LiderXəbər-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin yanvar ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,15 dollar və ya 0,21% azalaraq 71.43 dollara enib.