Dünya bazarlarında qızıl və gümüş cüzi bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,10% artaraq 2,035.10 ABŞ dollarına bərabər olub.
LiderXəbər birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0.17% artaraq 23.13 dollar təşkil edib.