Pressa.az » İqtisadiyyat » Süheylə Cəfərovaya “Trendyol”da yüksək vəzifə verilib

Süheylə Cəfərovaya “Trendyol”da yüksək vəzifə verilib

18 yanvar 2024, Cümə axşamı, 13:33
Süheylə Cəfərovaya “Trendyol”da yüksək vəzifə verilib

Tanınmış PR və Korporativ Kommunikasiyalar üzrə menecer Süheylə Cəfərova "Trendyol Azərbaycan"da PR və kommunikasiya direktoru təyin edilib.

LiderXəbər xəbər verir ki, o vəzifəsinin icrasına 2024-cü ilin yanvarından başlayıb.

Qeyd edək ki, S.Cəfərova 12 il müddətində "Bakcell" şirkətində çalışıb və 2023-cü ilin iyulunda bu şirkətdən ayrılıb.

O, həmçinin BMT-nin Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Dünya Bankı Qrupu ilə bir sıra layihələrin icrasında iştirak edib.

Xatırladaq ki, ötən il Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda şirkət yaradıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189, nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İrem Çağlı Yılandildir. O, 6 ildən çoxdur ki, "Trendyol"da çalışır.